Dünən
ABŞ-dən Ukraynaya şərtli təhlükəsizlik zəmanəti

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır, lakin bu addım müəyyən şərtlərlə mümkündür.
Təhlil.az xəbər verir ki, rəsmi Kiyev bir sıra ərazilərlə bağlı güzəştləri nəzərdə tutan sülh sazişinə razılıq verərsə, Vaşinqton Ukraynaya təhlükəsizlik zəmanəti təqdim etməyə hazırdır.
Məlumata əsasən, sözügedən ərazi güzəştləri baş tutacağı təqdirdə, ABŞ Ukraynaya hərbi dəstəyi də genişləndirəcək və silah tədarükünün həcmini artıracaq.
Qeyd olunur ki, bu yanaşma münaqişənin diplomatik yolla tənzimlənməsi istiqamətində Vaşinqtonun müzakirə etdiyi mümkün ssenarilərdən biri kimi qiymətləndirilir.