Almaniya Ukraynaya yeni “Patriot” sistemləri verə bilmir

Almaniya Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri, xüsusilə də yeni “Patriot” kompleksləri tədarük etmək imkanlarının hazırda məhdud olduğunu açıqlayıb.
Təhlil.az xəbər verir ki, bu barədə Boris Pistorius Berlində Litvanın müdafiə naziri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əsas səbəb Almaniyanın bu sistemlərə özünün də ciddi ehtiyac duymasıdır.
Nazir qeyd edib ki, Berlin indiyədək mövcud “Patriot” hava hücumundan müdafiə sistemlərinin üçdə birindən çoxunu Ukraynaya təhvil verib və hazırda bu sistemlərin əvəzlənməsi üçün yeni tədarüklərin çatdırılmasını gözləyir.
“Daha artığını edə bilmərik, çünki özümüz də verdiyimiz "Patriot"ların əvəzinə yeni sistemlərin təhvil alınmasını gözləyirik”, – deyə Pistorius vurğulayıb.