27 yanvar

Tramp: "ABŞ İrana yaxın ərazilərdə hərbi qüvvə cəmləşdirib"

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İrana yaxın ərazilərdə hərbi qüvvələr topladığını və Tehranın dialoqa hazır olduğuna inandığını bildirib.

Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-nin İrana yaxın bölgələrdə yerləşdirdiyi hərbi qüvvələrin həcmi Venesuela ətrafında olanlardan daha çoxdur.

ABŞ Prezidenti qeyd edib ki, İran hakimiyyəti razılaşma əldə etmək istəyir və dəfələrlə əlaqə saxlayaraq danışıqlara hazır olduqlarını qeyd edib. 

Tramp hansı konkret razılaşmaların nəzərdə tutulduğunu açıqlamayıb.

Mediada yazılanlara əsasən, ABŞ prezidenti İranla bağlı atılacaq növbəti addımlar barədə də dəqiq mövqe ortaya qoymayıb və ölkədə vəziyyətin dəyişiklik mərhələsində olduğunu vurğulayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?