26 yanvar
Günəşdə güclü partlayışlar gözlənilir

26–27 yanvar tarixlərində Günəşdə güclü alışmaların baş verəcəyi ehtimal olunur.
Təhlil.az xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
İnstitutdan bildirilib ki, qeyd olunan tarixlərdə Günəşdə əsasən aşağı aktivlik fonu müşahidə edilsə də, M sinfinə aid alışmaların baş verməsi mümkündür.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Ən zəif sinif hesab olunan A0.0 səviyyəsi Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanmaya uyğundur. Hər növbəti sinfə keçid zamanı şüalanmanın gücü 10 dəfə artır.
Mütəxəssislər belə alışmaların bəzi hallarda radioəlaqə və peyk sistemlərinə qısamüddətli təsir göstərə biləcəyini qeyd edirlər.
Dünən
14 fevral