26 yanvar
Baş nazir: Kanada Çinlə sərbəst ticarət sazişi bağlamayacaq

Kanada Baş naziri Mark Karni bildirib ki, Kanada Çinlə sərbəst ticarət sazişi bağlamayacaq.
Təhlil.az xəbər verir ki, Tramp əvvəllər Kanadanın Çinlə ticarət sazişi əldə edəcəyi təqdirdə Kanada mənşəli bütün ixrac məhsullarına 100% tarif tətbiq edəcəyinə söz vermişdi.
"Əgər qubernator Karni Kanadanı Çinin ABŞ-yə mal və məhsul göndərməsi üçün giriş limanına çevirə biləcəyini düşünürsə, o, çox səhv edir", - deyə Tramp bildirmişdi.
Görünür, Ağ Ev liderinin təhdidi öz nəticəsini verib.
Dünən
14 fevral