26 yanvar

Rubio: İranın təsiri altında olan hökumət İraqın maraqlarını effektiv şəkildə qoruya bilməz

ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani ilə regional təhlükəsizlik məsələlərini və İranın İraqdakı təsirini də müzakirə edib. Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Tərəflər İraqda gedən cari siyasi prosesləri müzakirə edərək, Bağdadın Yaxın Şərqdə sabitlik, təhlükəsizlik və rifah amili kimi öz potensialını reallaşdırmasının vacibliyinə dair ortaq mövqelərini vurğulayıblar. Dövlət katibi ayrıca qeyd edib ki, İranın təsiri altında olan hökumət İraqın maraqlarını effektiv şəkildə qoruya, ölkəni regional münaqişələrə cəlb olunmaqdan çəkindirə və ABŞ ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirə bilməz.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?