26 yanvar

Rubio və əl-Sudani İraq həbsxanalarında İŞİD döyüşçülərinin saxlanılmasını müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio və İraqın baş naziri Məhəmməd əl-Sudani telefon danışığı zamanı İraq həbsxanalarında İŞİD döyüşçülərinin saxlanılması məsələsini müzakirə ediblər. Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Tommi Piqot məlumat verib. Bildirilib ki, Rubio Suriyanın şimal-şərqindəki son qeyri-sabitlik fonunda İraq hökumətinin İŞİD üzvlərinin köçürülməsi və təhlükəsiz saxlanılmasını sürətləndirmək istiqamətində göstərdiyi təşəbbüs və liderliyi yüksək qiymətləndirib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?