26 yanvar
Filippində sərnişin bərəsi qəzaya uğrayıb: Azı 15 nəfər həlak olub, 28 nəfər itkin düşüb

Şəkil: AP
Filippində sərnişin bərəsinin qəzaya uğraması nəticəsində azı 15 nəfər həlak olub, 28 nəfər isə itkin düşüb.
Təhlil.az xəbər verir ki, Sahil Mühafizəsinin məlumatına görə, göyərtəsində 322 sərnişin və 27 ekipaj üzvü olan “MV Trisha Kerstin 3” bərəsi Mindanao adasından Xolo adasına doğru hərəkətdə olub. Bərə yerli vaxtla saat 01:50-də fövqəladə vəziyyət siqnalı göndərib və bundan sonra batmağa başlayıb.
Hadisə nəticəsində 316 nəfərin xilas edildiyi bildirilir. Hazırda itkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Dünən
14 fevral