26 yanvar

2025-ci ildə Azərbaycandan Ermənistana nə qədər neft ixrac olunub? - RƏSMİ

2025-ci ildə Azərbaycandan Ermənistana 788,8 min dollar dəyərində yanacaq ixrac edilib.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Məlumata əsasən, bu göstərici regionda formalaşan yeni iqtisadi və nəqliyyat reallıqlarının konkret nəticəsi kimi qiymətləndirilir. Xatırladaq ki, 21 oktyabr 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatında Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətlərin aradan qaldırıldığını açıqlamışdı. Həmin marşrut üzrə ilk tranzit yükü isə Qazaxıstandan Ermənistana göndərilən taxıl partiyası olmuşdu.

Məhdudiyyətlərin aradan qaldırılmasından sonra yanacaq tədarükü də sürətlənib. Belə ki, 18 dekabr 2025-ci ildə SOCAR tərəfindən Ermənistana 1220 ton “Aİ-95” markalı avtomobil benzini göndərilib.

Proses 2026-cı ilin əvvəlində daha da intensivləşib. 9 yanvar 2026-cı il tarixində Ermənistana 48 vaqonla ümumilikdə 2 698 ton yük daşınıb. Bu həcmin 1 742 tonu “Aİ-95” markalı benzin, 956 tonu isə dizel yanacağı olub.

Bundan cəmi iki gün sonra, 11 yanvar tarixində isə 18 vaqondan ibarət qatarla 979 ton “Aİ-92” markalı avtomobil benzini Ermənistana çatdırılıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?