26 yanvar

İsrail Rəfah sərhəd-keçid məntəqəsini şərtlərlə açmağa razılaşıb

İsrail son girovun qalıqlarının axtarışı başa çatdıqdan sonra Qəzza ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsini məhdud vaxtlarda və tam İsrail nəzarəti altında açmaq qərarına gəlib.

Təhlil.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Bildirilib ki, qərar ABŞ Prezidenti Donald Trampın 20 maddəlik planının tərkib hissəsidir.

Keçid yalnız insanların hərəkəti üçün, məhdud vaxtlarda və İsrailin tam nəzarəti altında açılacaq.

Qərarın icrası bütün sağ qalan girovların geri qaytarılması, həmçinin HAMAS-ın ölən girovların yerinin müəyyən edilməsi və qalıqlarının təhvil verilməsi üçün tam əməkdaşlıq göstərməsi şərti ilə mümkündür.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?