26 yanvar

Zelenski: "ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə sənəd razılaşdırılıb"

ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini nəzərdə tutan sənəd tam razılaşdırılıb və imzalanmağa hazırdır.

Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, hazırda yalnız imzalanma mərasiminin tarixi və keçiriləcəyi yerin təsdiqi gözlənilir.

Ukrayna Prezidenti qeyd edib ki, sənəd imzalandıqdan sonra ratifikasiya üçün ABŞ Konqresinə və Ukrayna Ali Radasına göndəriləcək.

O, eyni zamanda təhlükəsizlik zəmanətləri məsələsinin ABŞ-nin vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən Ukrayna–Rusiya danışıqları zamanı da müzakirə edildiyini bildirib.

Lakin həmin danışıqlarda tərəflər arasında razılaşma əldə olunmayıb.

Zelenski vurğulayıb ki, Moskvanın təzyiqlərinə baxmayaraq, Kiyev ölkənin ərazi bütövlüyündən imtina etmək niyyətində deyil və bu mövqe dəyişməz olaraq qalır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?