Bu gün
Avropa aviaşirkətləri Yaxın Şərqə uçuşları ləğv edir

"Air France", "British Airways" və KLM kimi bir neçə Avropa aviaşirkəti İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla Yaxın Şərqin bəzi bölgələrinə uçuşları dayandırıb. Təhlil.az xəbər verir ki, "Air France" "Yaxın Şərqdəki mövcud vəziyyətə görə" 23 və 24 yanvar tarixlərində Təl-Əviv və Dubaya uçuşları müvəqqəti olaraq ləğv edib. KLM, bir neçə Fars körfəzi ölkəsi, eləcə də İran, İraq və İsrail üzərindəki hava məkanından yayınaraq, Dubay, Ər-Riyad, Dammam və Təl-Əvivə uçuşları növbəti xəbərdarlığa qədər dayandırıb.
Uçuşların ləğvi, ABŞ dəniz qüvvələrinin yerləşdirilməsi və Vaşinqtonun əvvəllər beynəlxalq aviasiyada pozuntulara səbəb olan İrana qarşı təhdidləri fonunda bölgədə artan geosiyasi gərginliklə əlaqədardır.