Bu gün
ABŞ iranlıları deportasiya etməyi planlaşdırır, iki nəfər edam cəzasına məhkum edilə bilər

ABŞ-də Donald Tramp administrasiyası 25 yanvarda onlarla iranlını İrana deportasiya etməyə hazırlaşır. Təhlil.az CNN-ə istinadla xəbər verir ki, onların arasında İranda cinsi oriyentasiyasına görə edam cəzasına məhkum edilən iki kişi də var. Onlardan biri CNN-ə bildirib ki, əgər insanlara qayğı göstərirsinizsə, xahiş edirəm, bizə qalmağa icazə verin. Onların vəkili ABŞ siyasətinin ikiüzlülüyünü vurğulayıb: "Bir tərəfdən biz rejim əleyhinə etirazçıları dəstəkləyirik, digər tərəfdən isə təqiblərdən qaçanları deportasiya edirik".
Bu, ölkədə baş verən hökumət əleyhinə kütləvi etirazlardan bəri İrana deportasiya ilə bağlı ilk məlum hadisədir.