Bu gün
Peskov: Ukrayna münaqişəsinin həllində irəliləyiş var

Ukraynadakı münaqişənin nizamlanması istiqamətində işlər davam edir və müəyyən irəliləyiş müşahidə olunur.
Təhlil.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın tərəflərin münaqişənin sona çatmasına yaxınlaşdığı barədə fikirlərini şərh edərkən bildirib.
“İş davam edir. Proses irəliləyir. Hazırda Ankoricdə razılaşdırılmış formulun tətbiqi vacibdir”, – deyə Kremlin sözçüsü vurğulayıb.