Bu gün
İranda etirazlar zamanı insan tələfatı və maddi ziyanla bağlı rəsmi rəqəmlər açıqlanıb

İranda son etiraz aksiyaları zamanı insan tələfatı və maddi ziyanla bağlı rəsmi statistika açıqlanıb.
Təhlil.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib. Nazirin sözlərinə görə, iğtişaşlar zamanı 305 təcili tibbi yardım maşını və avtobus, 24 yanacaqdoldurma məntəqəsi, 300 fərdi yaşayış evi, 700 mağaza, 750 bank, 414 dövlət binası, 749 polis məntəqəsi, 120 Bəsic mərkəzi, 200 məktəb, 350 məscid, 15 kitabxana, 2 erməni kilsəsi, 800 bankomat və 800 şəxsi avtomobilə ziyan dəyib. Əraqçi bildirib ki, ümumilikdə 3117 nəfər həlak olub. Onlardan 2427-si mülki şəxslər və təhlükəsizlik qüvvələrinin nümayəndələri, 690 nəfər isə terrorçu kimi qeydə alınıb.