Bu gün
Aİ missiyası Bakı və İrəvan arasında sülh sazişindən sonra Ermənistan sərhədini tərk edəcək

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra missiya artıq sərhəddə öz funksiyalarını yerinə yetirməyəcək, çünki buna ehtiyac olmayacaq. Təhlil.az xəbər verir ki, o, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
"Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalandıqdan və ratifikasiya edildikdən sonra biz artıq sərhəddə missiyanı yerinə yetirməyəcəyik, çünki buna ehtiyac olmayacaq", - deyə o, ötən ilin avqustunda Vaşinqtonda paraflanmış sazişdə üçüncü ölkələrin qüvvələrinin sərhəddə yerləşdirilməsini qadağan edən bəndin olması barədə sualı cavablandırarkən söyləyib.