Bu gün
Azərbaycan benzini ilə bağlı problem yoxdur

Azərbaycandan idxal olunan benzinin keyfiyyətində hər hansı problem aşkarlanmayıb.
Təhlil.az xəbər verir ki, bunu Ermənistanın bazar nəzarət orqanının rəhbəri Armen Kotolyan açıqlamasında deyib.
O bildirib ki, gətirilmiş partiyalardan götürülən nümunələr Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laboratoriya yoxlamasından keçirilib və nəticələr göstərib ki, yanacağın keyfiyyəti İAEU texniki tələblərinə uyğundur.
"Keyfiyyət baxımından hər hansı pozuntu aşkar edilməyib. Eyni zamanda, yanacaqdoldurma məntəqələrində yoxlamalar zamanı satılan yanacağın mənşə ölkəsi müəyyən edilmir", – deyə o əlavə edib.