Bu gün
“ChatGPT”yə kobud müraciət etmək cavabların dəqiqliyinə necə təsir edir?

“ChatGPT”yə kobud müraciət etdikdə cavablarla bağlı qəribə dəyişikliklər baş verir.
Yeni araşdırma göstərib ki, “ChatGPT”yə sorğu nə qədər sərt və kobud verilsə, cavabların dəqiqliyi bir o qədər artır. Təhlil.az-ın məlumatına görə, Pensilvaniya Universitetinin alimləri müəyyən edib ki, kobud formada yazılan suallar orta hesabla 84,8%, nəzakətli suallar isə təxminən 80% dəqiqlik göstərib. Alimlər bunu süni intellektin tonu və niyyəti “hiss etməsi” ilə izah edirlər. Bununla yanaşı, araşdırma müəllifləri bu cür "effektiv kobudluğun" mənfi tərəfləri barədə də xəbərdarlıq edirlər. Maşınlarla aqressiv ünsiyyət vərdişi zamanla insanlararası münasibətlərə də keçə, kobudluğu normallaşdıra və dialoq mədəniyyətini zəiflədə bilər.