Bu gün

Yaponiya parlamentinin aşağı palatası buraxılıb

Yaponiyanın Baş naziri Sanae Takaiçi Nümayəndələr Palatasının (Yaponiya parlamentinin aşağı palatası) buraxılması barədə qərar qəbul edib.

Təhlil.az xəbər verir ki, hökumətin müvafiq qərarını palatanın spikeri Fukuşiro Nukaqa səsləndirib.

Qeyd edək ki, Takaiçi bazar ertəsi parlamentin aşağı palatasını buraxmaqplanlarını açıqlamışdı.

O həmçinin ümumi seçkilərin 8 fevralda keçiriləcəyini elan edib.

"Kyodo"nun vurğuladığına görə, bu, son 60 ildə yenisessiyanın əvvəlində baş verən ilk belə hadisədir.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?