Bu gün

Pomidor tullantılarından təyyarələr üçün ekoloji yanacaq istehsal edilib

Alimlər pomidorun qabığı, toxumu və saplaqlarından bio-kerosin istehsal etməyə nail olublar.

Təhlil.az xəbər verir ki, yeni yanacaq növü adi təyyarə mühərriklərində heç bir texniki dəyişiklik edilmədən istifadə oluna bilir.

Məlumata görə, bu bioyanacaq karbon emissiyalarını 80 faizə qədər azaltmaqla yanaşı, neftdən asılılığı azaldır və kənd təsərrüfatı tullantılarının utilizasiyası problemini həll edir.

Bildirilir ki, bəzi aviaşirkətlər artıq bu dayanıqlı aviasiya yanacağını (SAF) sınaq uçuşlarında tətbiq etməyə başlayıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi 2050-ci ilə qədər aviasiya sektorunda “xalis sıfır” karbon emissiyasına nail olmaqdır.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?