Bu gün

ABŞ İrana doğru əhəmiyyətli qüvvələr göndərir

Vaşinqton İranı yaxından izləyir və hərbi gəmilər daxil olmaqla bölgəyə əhəmiyyətli qüvvələr göndərir.

Təhlil.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

“Bu istiqamətdə xeyli sayda gəmi hərəkət edir və böyük bir donanma irəliləyir. Görək nə baş verəcək. İrana doğru əhəmiyyətli qüvvələr göndərilir”, – deyə, Tramp vurğulayıb.

Prezident həmçinin Tehranın addımlarını diqqətlə izlədiyini qeyd edib.

Tramp iddia edib ki, məhz onun Tehrana zərbə endirmək barədə xəbərdarlığından sonra İran rejimi geri çəkilərək etirazçıların planlaşdırılan edam hökmünü ləğv etmək məcburiyyətində qalıb.

 

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?