Bu gün
İlon Mask: "Süni intellekt 2031-ci ilə qədər insanlığı ötə bilər"

Süni intellekt 2030–2031-ci illərdə bütün bəşəriyyətdən daha ağıllı ola bilər.
Təhlil.az xəbər verir ki, bu barədə İlon Mask Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, süni intellektin inkişaf tempi son dərəcə sürətlidir:
“Bu inkişaf sürəti ilə hesab edirəm ki, ilin sonuna və ya gec olmayaraq gələn il hər bir insandan daha ağıllı süni intellekt əldə edəcəyik.
Daha sonra isə, yəqin ki, 2030 və ya 2031-ci ildə- təxminən beş il ərzində o, bütün bəşəriyyətdən daha ağıllı olacaq”.
Mask qeyd edib ki, süni intellekt sahəsində baş verən bu sürətli irəliləyiş həm böyük imkanlar, həm də ciddi risklər yaradır və bu prosesin qlobal səviyyədə diqqətlə idarə olunması vacibdir.