Bu gün

SOCAR İtaliyada 25 yeni YDM açacaq

2026-cı ildə İtaliyada SOCAR brendi altında 25 yeni YDM-in açılması nəzərdə tutulur.

Təhlil.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

Şirkətdən məlumat verilib ki, hazırda ölkədən kənarda SOCAR brendli 564 yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir: “SOCAR brendi altında fəaliyyət göstərən yanacaq doldurma məntəqələrinin ölkələr üzrə siyahısı aşağıdaki kimidir:

Avstriya - 87 YDM
İsveçrə - 223 YDM
Ukrayna - 54 YDM
Gürcüstan - 103 YDM
Rumıniya - 83 YDM
Türkiyə - 14 YDM

Azərbaycana gədikdə, şirklətdən bildirilib ki, hazırda SOCAR brendi altında ölkə üzrə 72 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir: “Onlardan 9-u işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında yerləşir”.
SOCAR bu il ölkə üzrə yeni YDM-lərin açılması məsələsinə də toxunub:

“Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə ilk yanacaq təminatçısı, ilk yanacaqdoldurma stansiyasını istifadə verən məhz “SOCAR PETROLEUM” QSC olub. Əsas məqsəd aparılan quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi idi. Qeyd edək ki, hazırda QSC-nin uzunmüddətli inkişaf strategiyası hazırlanır. Bu strategiya təsdiq olduqdan sonra cari ildə ölkə ərazisində yeni yanacaqdoldurma stansiyalarının açılması ilə bağlı işlərin icrasına başlanılacaq”.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?