Dünən

ABŞ Qrenlandiyada hərbi baza qura bilər

Danimarka Qrenlandiyanın müəyyən hissələrini ABŞ-yə hərbi bazaların yerləşdirilməsi məqsədilə təhvil verə bilər.

Təhlil.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 21-də mümkün razılaşmanın konturlarını açıqlamazdan öncə NATO-nun hərbi dairələrində bu məsələ müzakirə olunub.

Adı açıqlanmayan NATO rəsmilərinin bildirdiyinə görə, Danimarkanın ABŞ-yə Qrenlandiyanın kiçik əraziləri üzərində suverenlik verməsi variantı gündəmdədir.

Üç rəsmi mənbə The New York Times qəzetinə açıqlamasında bildirib ki, NATO-nun baş katibi Mark Rutte bu yanaşmanı dəstəkləyir.

Qəzetin mənbələri qeyd ediblər ki, bu model Böyük Britaniyanın Kiprdəki xarici hərbi bazaları ilə müqayisə olunur. Belə ki, həmin ərazilər rəsmi olaraq Kiprin bir hissəsi sayılsa da, faktiki olaraq Böyük Britaniyanın hərbi nəzarəti altındadır.

Məlumata görə, müzakirə olunan plan Qrenlandiyanın ümumi statusuna toxunmadan, yalnız strateji əhəmiyyət daşıyan məhdud zonalarda ABŞ hərbi mövcudluğunun hüquqi əsaslarını formalaşdırmağı nəzərdə tutur.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?