Dünən

Medvedev: Tramp Qrenlandiyanı istəməklə Putini təqlid edir

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək istəyi onun tarixə düşmək və özünü Rusiya Prezidenti Vladimir Putinlə eyni səviyyədə görmək cəhdi ilə bağlıdır. Təhlil.az xəbər verir ki, Medvedev bu fikirləri öz "Telegram" kanalında paylaşıb.

“İnsan əbədi olaraq tarixdə qalmaq istəyir. Eyni zamanda, Rusiya prezidenti kimi olmaq istəyir. Amma bu, mümkün deyil”, – deyə Medvedev qeyd edib.

O, Trampın ərazi iddialarını Ukrayna münaqişəsi ilə müqayisə edib və vurğulayıb ki, Rusiya xüsusi hərbi əməliyyat və referendumlar nəticəsində tarixən özünə məxsus hesab etdiyi əraziləri geri qaytardığını iddia edir.

Medvedev əlavə edib ki, Qrenlandiya ABŞ ilə heç vaxt birbaşa bağlı olmayıb, baxmayaraq ki, Vaşinqton onu bir neçə dəfə almağa cəhd göstərib.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?