Dünən

Ekspert: "Rusiya ilə münasibətlərdə soyuqluq var, amma bərpa oluna bilər" - AÇIQLAMA

“Hazırkı mərhələdə Azərbaycan–Rusiya münasibətlərini ideal hesab etmək olmaz. Lakin ümid edirəm ki, 2026-cı ildə Bakı ilə Moskva arasında münasibətlər yaxşılaşacaq”.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin eksperti, “Siyasi Təhlil və İnformasiya Təhlükəsizliyi Mərkəzi” beynəlxalq ictimai təşkilatının direktoru Svyatoslav Andrianov deyib.

2025-ci ildə baş verən hadisələrin Azərbaycan-Rusiya münasibətlərini müəyyən qədər korlanmasına səbəb olduğunu xatırladan ekspert bildirib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Azərbaycan Prezidenti cənab İlham Əliyev bu anlaşılmazlıqları aradan qaldırmaq üçün özlərində güc tapdılar və başa düşdülər ki, hazırkı mərhələdə konstruktiv, qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək daha etibarlı və daha sərfəlidir.

S.Andrianov vurğulayıb ki, 2026-cı ildə Azərbaycan-Rusiya arasında siyasi planda müəyyən yumşalmanın olmasını istərdik:

“Bu il iki ölkə arasında təkcə biznes əlaqələri deyil, həm də ideoloji və siyasi baxımdan da bir qədər istiləşmə olmasını istərdik. Azərbaycan dəfələrlə, xüsusilə 2022-ci ildə Rusiyanın dostu olduğunu göstərib. Biz bunu bilirik və qiymətləndiririk”.

Rusiyalı ekspert qeyd edib ki, AZAL təyyarəsinin vurulması ilə bağlı mövzu çox mürəkkəbdir.

Onun sözlərinə görə, bu barədə, yəqin ki, daxili siyasi proseslərlə, siyasi sosiologiya və siyasi psixologiya ilə məşğul olan həmkarlar daha dəqiq danışa bilər.

“Mən yalnız bir şeyi demək istəyirəm. Baxmayaraq ki, mən Rusiya vətəndaşıyam, 2020-ci ildə bizdə Rusiya helikopterinin vurulması ilə bağlı analoji vəziyyət yarananda, cənab İlham Əliyev dərhal ölkə prezidenti kimi təəssüfünü bildirdi, başsağlığı verdi və həlak olanların ailələrinə yaxşı məbləğdə pul kompensasiyası ödədi. Bu, onun üçün problem olmadı. Lakin AZAL təyyarəsi ilə bağlı Rusiyada cinayət işi açılsa da, sonradan bu iş bağlanıb. Niyə bizdə bu məsələ problemə çevrildi? Bu mənə aydın deyil. Yəni hadisə baş verdi və sonra, necə deyərlər, heç bir şərh verilmədi. Mən hesab edirəm ki, bu cür hadisələr zamanı dövlət başçısı məsuliyyətli davranmalıdır”.

Rasim Babayev

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?