FT: ABŞ-Aİ münaqişəsi Ukraynanın əsaslı yenidənqurma müqaviləsinin imzalanmasına mane olur

Bu həftə Davosda keçirilməsi planlaşdırılan Ukraynada müharibədən sonrakı yenidənqurma ilə bağlı 800 milyard dollarlıq müqavilənin imzalanma mərasimi təxirə salınıb. Təhlil.az “Financial Times”a istinadla xəbər verir ki, buna Aİ və ABŞ arasında Qrenlandiya və Qəzza zolağı ilə bağlı "Sülh Şurası" ilə əlaqəli fikir ayrılıqları səbəb olub. Nəşr bu barədə altı məmura istinadən məlumat verir. Məmurlardan birinin sözlərinə görə, hazırkı vəziyyətdə "heç kim Trampla razılaşma ətrafında möhtəşəm bir tamaşaya hazır deyil".
Qeyd olunur ki, "dərinləşən transatlantik uçurum" səbəbindən Ukrayna ətrafında Qərb birliyinin pozulması ilə bağlı narahatlıqlar var. Eyni zamanda, rəsmilər bu sənədin qeyri-müəyyən müddətə təxirə salınmadığını və daha sonra imzalana biləcəyini bildirirlər.