21 yanvar
Starmer Aİ-ni Arktikanın müdafiəsinə töhfə verməyə hazır olduğuna əmin edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa Şurasının sədri Antoniu Koştaya Londonun NATO ilə birgə Arktikanın təhlükəsizliyinin təmin edilməsinə töhfə verməyə hazır olduğunu bildirib. Təhlil.az xəbər verir ki, bu barədə Starmerlə Koşta arasında baş tutan telefon danışığının yekunlarına dair Britaniya hökumətinin yaydığı kommünikedə qeyd olunub.
Məlumata görə, tərəflər mövcud qeyri-sabit şəraitdə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər. Starmer həmçinin Qrenlandiyanın gələcəyinin yalnız Qrenlandiya xalqına və Danimarka Krallığına məxsus olduğunu bir daha vurğulayıb.
Dünən