21 yanvar

Tramp Ərdoğanla telefon danışığı aparacaq

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparacaq. Təhlil.az xəbər verir ki, Tramp bunu Ağ Evdə keçirilən mətbuat konfransında açıqlayıb.

"Mən Ərdoğanı çox bəyənirəm və çox vacib bir telefon danışığımız olacaq", - deyə o bildirib.

Ağ Ev rəhbəri həmçinin Suriya məsələsinə də toxunaraq ölkə prezidenti Əhməd əl-Şaraanın fəal işini qeyd edib.

"Suriya prezidenti Əhməd əl-Şaraa çox çalışır. O, güclü və sərt insandır. Dünən onunla danışdım və həbsxana vəziyyətini müzakirə etdik. Dünyanın ən təhlükəli terrorçularından bəziləri orada saxlanılır. Əş-Şaraa bu prosesə nəzarət edir", - deyə Tramp vurğulayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?