Dünən

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını dayandırıb

Avropa Parlamenti ABŞ ilə ticarət müqaviləsinin ratifikasiyasının dayandırılması ilə bağlı qərar qəbul edib.

Təhlil.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Avropa Parlamentində Sosial Demokratlar fraksiyasının rəhbəri İraçe Qarsiya Peres məlumat verib.

Onun sözlərinə görə, əsas siyasi qrupları təmsil edən deputatların əksəriyyəti sənədin müzakirəsinin dayandırılmasına səs verib. Qeyd olunub ki, bu prosedur tamamlanmadan müqavilənin ratifikasiyası mümkün deyil.

BFMTV-nin məlumatına əsasən, bu qərar Donald Trampın Qrenlandiyanın ABŞ-yə daxil olmasını dəstəkləməyən bir sıra Avropa ölkələrinə qarşı tariflərin tətbiqi ilə bağlı səsləndirdiyi təhdidlərə cavab olaraq Avropa İttifaqının ilk konkret addımı kimi qiymətləndirilir.

Məlumata görə, Avropa Parlamenti bu addımla ABŞ ilə ticarət münasibətlərində yaranan gərginlik fonunda öz mövqeyini nümayiş etdirməyi hədəfləyir. Hadisə Avropa–ABŞ iqtisadi əlaqələri baxımından yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?