21 yanvar

Trampın Davosa uçan təyyarəsi texniki nasazlıq səbəbindən geri qayıdır

ABŞ Prezidenti Donald Trampın İsveçrənin Davos şəhərində keçiriləcək forumda iştirak etmək üçün yola düşən təyyarəsi texniki nasazlıq səbəbindən ABŞ-yə geri dönür.

Təhlil.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, uçuş zamanı təyyarədə texniki problem aşkarlanıb və hava gəmisi **Endryus Birgə Hərbi Hava Qüvvələri Bazası**na qayıdacaq. Qeyd olunub ki, Prezident Tramp Davosda keçiriləcək foruma başqa bir təyyarə ilə yola düşəcək.

Səfərdən əvvəl jurnalistlərə qısa açıqlama verən Tramp bildirib:

“Bu, maraqlı bir səfər olacaq, nə baş verəcəyini bilmirəm”.

Hadisə ilə bağlı əlavə məlumatlar gözlənilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?