Bu gün

Almaniya və Norveç hərbçiləri Qrenlandiyanı tərk edir

Şəkil: "bloomberg"

Almaniya hərbçilərindən sonra Norveç də Qrenlandiyadakı kontingentini geri çağırmaq qərarı verib. Təhlil.az xəbər verir ki, Norveç Silahlı Qüvvələrinin sözçüsü Stina Barklay Haasland bunu NPK telekanalına müsahibəsində təsdiqləyib. Onun sözlərinə görə, missiyanın məqsədi Arktikada təhlükəsizliyin gücləndirilməsi üçün müttəfiqlərlə mümkün əməkdaşlıq imkanlarının ilkin qiymətləndirilməsi olub. Bundan əvvəl Almaniyaya məxsus 15 Bundesver hərbçisi Qrenlandiyanı vaxtından əvvəl tərk edərək adanın paytaxtı Nuukdan geri dönüb. Bild nəşrinin məlumatına görə, Almaniyadan səhər saatlarında təcili geri çağırılma əmri verilib və bütün planlaşdırılan tədbirlər ləğv edilib. Rəsmi səbəblər açıqlanmayıb. Ehtimallara görə, bu addım Qrenlandiya ətrafında yaranan gərginlik və ABŞ prezidenti Donald Trampın yeni ticarət təhdidləri ilə bağlı ola bilər. Lakin bu versiya rəsmi şəkildə təsdiqlənməyib. Almaniya Müdafiə Nazirliyi isə bildirib ki, Qrenlandiyadakı missiya NATO çərçivəsində, Danimarkanın dəvəti ilə həyata keçirilib və “uğurla, plan üzrə” başa çatdırılıb.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?