Bu gün

Böyük Britaniyanın Baş naziri Qrenlandiya məsələsi ilə bağlı danışıb

Böyük Britaniyanın Baş naziri Kir Starmer bazar ertəsi günü bildirib ki, Qrenlandiya məsələsi ilə bağlı Avropa ölkələri və ABŞ tərəfindən bir-birinə tarif tətbiq edilməsi heç kimə fayda verməyəcək. Təhlil.az xəbər verir ki, "Sky News" onun sözlərini sitat gətirib:

"Mən demişəm ki, müttəfiqlərə qarşı tariflərə əl atmaq tamamilə səhvdir, ticarət müharibəsi heç kimin marağında deyil. Mənim vəzifəm həmişə Böyük Britaniyanın milli maraqlarına uyğun hərəkət etməkdir".
Starmer qeyd edib ki, əvvəlki gün problemin həllini tapmaq üçün ABŞ prezidenti Donald Tramp Avropa liderləri və NATO-nun baş katibi Mark Rutte ilə söhbət edib.

 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?