Bu gün

Peskov: "Putin “Qəzza Sülh Şurası”na qoşulmaq üçün dəvət alıb"

Rusiya Prezidenti Vladimir Putinə “Qəzza Sülh Şurası”na qoşulmaq üçün rəsmi dəvət göndərilib və hazırda bu təklif Kreml tərəfindən nəzərdən keçirilir.

Təhlil.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı yekun qərar qəbul edilməyib və təklif müvafiq qaydada qiymətləndirilir.

Peskov, həmçinin ABŞ-ın sabiq prezidenti **Donald Trump**la bağlı səsləndirilən ekspert rəylərinə də toxunub. O bildirib ki, Kreml Trampın Qrenlandiya məsələsinin həlli ilə dünya tarixinə düşə biləcəyi barədə səsləndirilən qiymətləndirmələrlə razıdır.

Kreml rəsmisinin sözlərinə görə, bu mövzu beynəlxalq gündəmdə qalmaqda davam edir və müxtəlif ekspert dairələrində geniş müzakirə olunur.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?