Bu gün

Avropa Parlamenti Aİ-ABŞ ticarət sazişinin planlaşdırılan ratifikasiyasını dayandırır

Avropa Parlamenti (AP) ABŞ prezidentinin təhdidləri fonunda Aİ-ABŞ ticarət sazişinin planlaşdırılan ratifikasiyasını dayandırır. Təhlil.az xəbər verir ki, AP-nin aparıcı fraksiyası olan Avropa Xalq Partiyasının (EPP) rəhbəri Manfred Veber bunu ZDF-ə verdiyi müsahibədə açıqlayıb.

"Dünən gecə qəbul etdiyimiz ilk qərar, ötən yay Avropa və ABŞ arasında imzalanmış bu sazişin ratifikasiyasının dayandırılmasıdır. Bu o deməkdir ki, Donald Trampa Amerika məhsulları üçün Aİ-nin daxili bazarına rüsumsuz giriş verilməyəcək." O, ratifikasiyanın dayandırılmasının Vaşinqtona ilk siqnal olduğunu bildirib.

EPP lideri iddia edib ki, "Tramp dünən gecə çox şey itirib".

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?