Bu gün

Tokayev Qəzza üzrə "Sülh şurası"na üzvlüyə razılıq verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəzza üzrə "Sülh şurası"na daxil olmağa razılıq verib. Təhlil.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Ruslan Jeldibay bildirib. Məlumata görə, Tokayev ABŞ Prezidenti Donald Trampdan Qəzza üzrə yaradılan Sülh şurasına daxil olmaq üçün rəsmi dəvət alıb, Qazaxıstana isə təsisçi dövlətlərdən biri olmaq təklif edilib. "Bəli, Prezident Kasım-Jomart Tokayev dünya liderləri arasında Sülh şurasının tərkibinə daxil olmaq üçün rəsmi dəvət alan ilk şəxslərdən biridir. Qazaxıstana isə təsisçi dövlətlərdən biri olmaq təklif edilib. Cavab olaraq dövlət başçısı ABŞ Prezidentinə səmimi təşəkkürünü bildirdiyi və bu yeni birliyə qatılmağa razılıq verdiyi məktub göndərib. Prezident Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhə, dövlətlərarası etimadın və qlobal sabitliyin gücləndirilməsinə töhfə vermək niyyətini təsdiqləyib", - o bildirib. Məlumatın niyə daha əvvəl açıqlanmadığı barədə suala cavab olaraq prezidentin mətbuat xidmətinin nümayəndəsi izah edib ki, Akorda Donald Trampın administrasiyasının rəsmi açıqlamasından əvvəl ictimai bəyanat verməyi qeyri-etik hesab edib.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?