“Politico”: Davosda Ukrayna mövzusu Qrenlandiya fonunda ikinci plana keçəcək

Avropa tərəfi Davos İqtisadi Forumunda əsas diqqəti Ukrayna üzrə sülh danışıqlarına yönəltməyi planlaşdırsa da, müzakirələrin mərkəzində ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı “alma” ambisiyalarının dayanacağı gözlənilir. Təhlil.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.
Nəşrin məlumatına görə, Avropa bu vəziyyəti “son onilliklərin ən ciddi transatlantik böhranı” kimi qiymətləndirir və forumdan Trampı Qrenlandiya mövzusunda NATO-nu zəiflədə biləcək addımlardan çəkindirmək üçün istifadə etməyi planlaşdırır. Avropalı rəsmilər bildiriblər ki, Tramp Davosda Aİ və NATO rəhbərliyi ilə azı bir şəxsi görüş keçirəcək, lakin dəqiq vaxt hələ müəyyənləşməyib. Qeyd edək ki, Dünya İqtisadi Forumunun illik toplantısı “Dialoq ruhu” şüarı ilə 19–23 yanvar tarixlərində keçiriləcək.