19 yanvar

Qrenlandiyalı siyasətçi: “Bizi pulla almaq mümkün deyil”

Qrenlandiyalı siyasətçi Tilli Martinussen ABŞ prezidenti Donald Tramp və Qrenlandiya ilə bağlı səsləndirilən iddialara sərt reaksiya verib.

Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, qrenlandiyalıların pulla “alına biləcəyini” düşünmək böyük yanlışlıqdır.

Martinussen bildirib ki, Tramp qrenlandiyalıların dəyərlərini tanımır: “Biz pula, Kardaşyan dodaqlarına və ya saxta döşlərə dəyər vermirik. Qrenlandiyada torpaq heç kəsin şəxsi mülkiyyəti deyil, hamıya məxsusdur. Adambaşına 100 min dollar təklif edilsə belə, pulsuz səhiyyə, pulsuz təhsil və Avropa ailəsinə bağlılıqdan imtina etməzdik”.

Siyasətçi vurğulayıb ki, qrenlandiyalılar Amerika modeli ilə zənginləşmək istəmir: “Amerikalıların nə qədər acgöz olduqlarını görürük, hətta dostlarının torpaqlarına göz dikirlər. Torpaqlarımızın altında minerallar və neft olsa belə, özümüzü satmayacağıq”.

Martinussen tarixə də işarə edərək deyib ki, Alyaska yerliləri və yerli amerikalıların başına gələnlər qrenlandiyalılar üçün dərsdir:
“Onların torpaqları əllərindən alınıb, onlara pis rəftar edilib. Biz Trampın ətrafında kimlərin olduğunu görürük, ağ güc axtaranlar. Biz isə fərqli dəri rənginə malik insanlarıq və bilirik ki, hüquqlarımız təhlükə altına düşə bilər”.

Siyasətçinin açıqlaması Qrenlandiyada suverenlik, sosial model və kollektiv dəyərlərin toxunulmazlığına dair mövqenin dəyişməz qaldığını bir daha nümayiş etdirir.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?