Bu gün

Tramp Qəzza üçün yaradılan Sülh Şurasının tərkibini açıqladı

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağını idarə edəcək Sülh Şurasının tərkibini açıqlayıb.

Təhlil.az xəbər verir ki, Trampın sözlərinə görə, Sülh Şurasına şəxsən özü sədrlik edəcək. Şuranın üzvləri sırasında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner, ABŞ Dövlət katibi Marko Rubio, Böyük Britaniyanın sabiq baş naziri Toni Bler, iş adamı Mark Rouen, **Dünya Bankı**nın prezidenti Ajay Banqa və ABŞ-ın milli təhlükəsizlik üzrə müşavir müavini Robert Qabriel yer alır.

Məlumata görə, hazırda heç bir dövlət başçısı rəsmi olaraq Sülh Şurasının üzvü kimi təsdiqlənməyib. Xarici ölkələrə dəvət məktublarının yalnız çərşənbə günü göndərildiyi bildirilir. Bu səbəbdən potensial iştirakçıların yekun qərar qəbul etməsi üçün əlavə vaxta ehtiyac ola biləcəyi qeyd olunur.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?