Bu gün

Zelenski: "Rusiya Ukraynaya qarşı yeni kütləvi zərbələrə hazırlaşır"

Ukrayna kəşfiyyatı Rusiyanın Ukraynaya qarşı yeni kütləvi zərbələr endirməyə hazırlaşdığına dair məlumatlara malikdir.

Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində yazıb.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və ordu üçün xüsusi tapşırıqlar müəyyən edilib.

Zelenski bildirib ki, tərəfdaşlarla hava hücumundan müdafiə raketləri və Ukraynanın ciddi ehtiyac duyduğu sistemlər barədə danışıqlar aparılır.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?