Dünən
Türkiyə Ermənistanla sərhəd keçidini ayın sonunadək açmağı planlaşdırır

Türkiyə Ermənistanla sərhəddə yerləşən keçidi bu ayın sonuna qədər açmağı nəzərdə tutur.
Təhlil.az xəbər verir ki, məlumata əsasən, İğdır vilayətinin Karakoyunlu rayonunda yerləşən Alican sərhəd-keçid məntəqəsi və Ermənistanın Armavir vilayətindəki Marqara sərhəd-keçid məntəqəsi üzrə hazırlıq işləri aparılır.
Alican keçidində gömrük və digər prosedurlar üçün binalar tikilir.
Həmçinin Ermənistandan Türkiyəyə gələnlərə İğdır və ətraf bölgələri ziyarət etməyə çağıran reklam lövhələri və elanlar quraşdırılıb.
Hazırlıq işlərinin başa çatmasından sonra sərhəd-keçidin istismara verilməsi gözlənilir.
Dünən