Dünən

Aİ İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsini istisna etmir

Avropa İttifaqı Tehrana qarşı sanksiyaların daha da sərtləşdirilməsi ehtimalını istisna etmir. Təhlil.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Kipr prezidenti Nikos Xristodulides ilə birgə keçirdiyi mətbuat konfransı zamanı açıqlayıb. Onun sözlərinə görə, digər ölkələrin atdığı addımlara şərh vermək niyyətində deyil, lakin Avropa İttifaqı çərçivəsində İrana qarşı sanksiyaların sərtləşdirilməsi real olaraq nəzərdən keçirilir. “Digər ölkələrin hərəkətləri onların öz işidir. Amma biz həqiqətən də İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdən keçiririk”, – deyə Ursula Fon der Lyayen bildirib

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?