Dünən

Kəlbəcərin Zar kəndinin su-kanalizasiya sisteminin tikintisinə başlanılır

Kəlbəcərin Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi işləri aparılacaq.

Təhlil.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq işlərə start verib.

Məlumata əsasən, qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 7,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?