Dünən
İtaliya Ukraynaya yardımı davam etdirəcək

İtaliya Parlamenti 2026-cı ilin sonuna qədər Ukraynaya yardımın davam etdirilməsini nəzərdə tutan qətnaməni təsdiqləyib. Təhlil.az xəbər verir ki, sənəd əvvəlcə parlamentin aşağı palatasında, daha sonra isə yuxarı palatasında – Senatda səsverməyə çıxarılıb. Qətnamə “İtaliya Qardaşları”, “Forza Italia” və “Liqa” partiyalarından ibarət hakim çoxluq tərəfindən irəli sürülüb. Sənəddə Ukraynaya göstərilən mülki yardımın artırılmasına və bu sahəyə xüsusi diqqət yetirilməsinə dair öhdəliklər də yer alıb.