Dünən
İran Çindən regionda daha fəal rol oynamağı gözləyir

Bu gün Çinin xarici işlər naziri Van Yi iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. Təhlil.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Abbas Əraqçi çinli həmkarını İranda baş verən son hadisələrlə bağlı məlumatlandırıb. O bildirib ki, ölkədə sabitlik bərpa olunub və dialoq üçün qapı açıqdır. İranın xarici işlər naziri Çindən regionda sülhün və stabilliyin təmin olunmasında daha fəal rol gözlədiklərini vurğulayıb. Van Yi isə qeyd edib ki, Çin BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə sadiqdir, beynəlxalq münasibətlərdə zor tətbiqinin əleyhinədir. O, bütün tərəfləri təmkin nümayiş etdirməyə və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb.