Dünən
Yəmən hökuməti istefa verdi

Yəmən hökuməti istefa verib və xarici işlər naziri Şayya Möhsen əl-Zindani ölkənin yeni baş naziri təyin edilib.
Təhlil.az xəbər verir ki, Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Muhammed əl-Alimi tərəfindən verilən fərmana görə, Şayya Möhsün əl-Zindani Nazirlər Şurasının sədri təyin edilib və hökuməti qurmaq ona tapşırılıb.
Fərmana əsasən, mövcud kabinet yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək. Yəmən Baş naziri Salem Saleh bin Breykin istefa ərizəsi yanvarın 15-də qəbul edilib.