Emmanuel Makron: “Ukraynanın kəşfiyyat və təhlükəsizlik dəstəyinin əsas hissəsini Fransa təmin edir”

"Hazırda Ukraynanın ehtiyac duyduğu kəşfiyyat və təhlükəsizlik dəstəyinin təxminən üçdə ikisi Fransanın təqdim etdiyi resurslara əsaslanır".
Təhlil.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Fransanın cənubunda yerləşən "İstr" aviabazasında keçirilən tədbirdə çıxışı zamanı verib.
Onun sözlərinə görə, son dövrlərdə Ukraynanın müdafiəsi üçün Avropa ölkələri tərəfindən təqdim olunan silah və müdafiə sistemləri ABŞ istehsalı olan silahların payını üstələməyə başlayıb.
Fransa prezidenti vurğulayıb ki, Avropa tərəfdaşları müasir silah sistemləri sahəsində daha çox öz imkanlarına güvənməli, xarici tərəfdaşlardan asılılığı mərhələli şəkildə azaltmalıdır.
Makron eyni zamanda qeyd edib ki, qısa müddətdə təhlükəsizlik balansının qorunması üçün Avropa, xüsusilə Fransa, Rusiyanın “Oreşnik” tipli raket sistemlərinə bənzər silahlara malik olmalı və milli müdafiə sənayesinin gücləndirilməsinə prioritet verməlidir.