Dünən
Maçado Nobel sülh mükafatını Trampa təqdim edib

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ABŞ-nin paytaxtında jurnalistlərə açıqlamasında Nobel sülh mükafatı medalını Donald Trumpa təqdim etdiyini bildirib.
Onun sözlərinə görə, mərasim ABŞ Kapitoli qarşısında baş tutub. Maçado bildirib ki, bu addım Venesuela xalqının ABŞ-nin hazırkı liderinə azadlıq uğrunda mübarizəyə göstərdiyi dəstəyə görə təşəkkürünün ifadəsidir.
“Bolivar xalqı Vaşinqtonun varisinə, azadlığımıza göstərdiyi misilsiz sədaqətin tanınması üçün Nobel sülh mükafatı medalını geri qaytarır”, – deyə müxalifət lideri vurğulayıb.
Açıqlama beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub və Venesuela müxalifətinin Vaşinqtonla siyasi yaxınlığının növbəti simvolik addımı kimi dəyərləndirilir.