Vladimir Putin: “Dünyada vəziyyət getdikcə pisləşir”

Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin səfirlərinin etimadnamələrini təqdimetmə mərasimində çıxışı zamanı beynəlxalq vəziyyətin sürətlə deqradasiyaya uğradığını bildirib.
Təhlil.az xəbər verir ki,onun sözlərinə görə, dünyada mövcud münaqişələr daha da şiddətlənir, yeni qaynar nöqtələr yaranır və beynəlxalq aləmdə ümumi vəziyyət getdikcə pisləşir.
Putin vurğulayıb ki, bu şəraitdə Rusiya balanslı xarici siyasət kursunu davam etdirəcək və çoxqütblü dünya nizamına sadiq qalacaq.
Rusiya lideri qeyd edib ki, Ukrayna böhranı Moskvanın maraqlarının uzun illər ərzində nəzərə alınmamasının, eləcə də NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinin birbaşa nəticəsidir.
Onun sözlərinə görə, Rusiya Ukrayna ərazisində qarşıya qoyduğu məqsədləri ardıcıl şəkildə həyata keçirməyə davam edəcək.
Rusiya lideri eyni zamanda Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün əsaslı danışıqlara qayıtmağın vacibliyini vurğulayıb.
O bildirib ki, bu proses nə qədər tez başlasa, bir o qədər yaxşı olar.
V. Putin çıxışında həmçinin Moskvanın Avropa ölkələri ilə münasibətləri lazımi səviyyədə bərpa etməyə hazır olduğunu da diqqətə çatdırıb.