Bu gün

ADY-nin sədr müavini vəzifəsindən azad edilib

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəsindən azad edilib.

İ.Hüseynovun vəzifədən azad olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Təhlil.az-ın əldə etdiyi məlumata görə, sabiq sədr müavininin vəzifədən azad olunma səbəbi təqaüd yaşına çatmasıdır.

Məlumat üçün bildirək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?